Azərbaycan.media xəbər verir ki, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında ABŞ-ın Mayami şəhərində keçirilən görüş başa çatıb və danışıqlar martın 22-də davam etdiriləcək.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında məlumat paylaşıb. O bildirib ki, Ukrayna nümayəndə heyəti artıq ABŞ-dadır və tərəflər arasında ilk görüş baş tutub.
Qeyd olunub ki, ABŞ tərəfini Prezident Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner təmsil edir.
“Komandalar dialoqu davam etdirəcəklər”, – deyə Zelenski vurğulayıb.
