Azərbaycan.media xəbər verir ki, Cəlilabad rayonunda 9 nömrəli məktəbin pedaqoji kollektivi bayram günü kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün xeyriyyə aksiyası təşkil edib.
Müəllimlər öz vəsaitləri hesabına topladıqları yardımlarla uşaqlara bayram sovqatları təqdim ediblər. Paylanan sovqatlara əsasən uşaqlar üçün zəruri olan geyimlər, ayaqqabılar və müxtəlif oyuncaqlar daxil olub.
Aksiyanın təşkilatçısı Rauf Məlikov bildirib ki, məktəbin bütün kollektivi bu təşəbbüsə könüllü şəkildə qoşulub və əldə olunan nəticə gözlədiklərindən daha yüksək olub. Onun sözlərinə görə, valideyn qayğısından məhrum olan uşaqların diqqət və qayğıya daha çox ehtiyacı var.
Rauf Məlikov əlavə edib ki, gələcəkdə də bu kimi xeyriyyə aksiyalarının davam etdirilməsi planlaşdırılır.

Azərbaycan.media
