Azərbaycan.media xəbər verir ki, ölkədə bu il Novruz və Ramazan bayramları münasibətilə mart ayında ardıcıl 11 qeyri-iş günü tətbiq olunur.
Nazirlər Kabinetinin qərarına əsasən, 2026-cı ildə martın 20–24-ü Novruz bayramı günlərinə təsadüf edir. Qeyd edək ki, 21 və 22 mart şənbə və bazar günlərinə düşdüyü üçün əmək qanunvericiliyinə uyğun olaraq 25 və 26 mart da qeyri-iş günü sayılır.
Eyni zamanda, martın 20–21-i Ramazan bayramı günləridir. Əmək Məcəlləsinə görə, bayram iş günü olmayan digər günlə üst-üstə düşdükdə, növbəti iş günü də istirahət günü kimi hesab edilir. Buna uyğun olaraq, 27 və 30 mart da qeyri-iş günləri siyahısına daxil edilir.
Nəticədə, 2026-cı ilin mart ayında Novruz və Ramazan bayramları ilə əlaqədar 20–30 mart tarixləri arasında 11 gün ardıcıl qeyri-iş günü olacaq.
