Azərbaycan.media xəbər verir ki, fevralın 28-i saat 08:00-dan martın 20-si saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 2853 nəfər təxliyə edilib.
Məlumata görə, təxliyə olunanların 470-i Azərbaycan vətəndaşıdır.
Bildirilib ki, təxliyə edilənlər arasında 720 Çin, 323 Rusiya, 195 Banqladeş, 184 Tacikistan, 148 Pakistan, 122 Hindistan, 72 Oman, 68 İndoneziya, 49 İran, 44 İtaliya, 28 Əlcazair, 26 İspaniya, 23 Almaniya, 20 Kanada, 19 Fransa, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16 Gürcüstan, 14 Özbəkistan, 13 Polşa, 13 İsveç, 13 Nigeriya, 12 Macarıstan, 12 Bəhreyn, 11 Qazaxıstan, 11 Meksika, 10 Böyük Britaniya, 10 Belarus, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 10 Braziliya, 9 ABŞ, 2 Sudan, 6 BƏƏ, 6 Slovakiya, 6 Belçika və 6 Rumıniya vətəndaşı yer alır.
Qeyd olunub ki, təxliyə olunanlar arasında həmçinin Serbiya, Çexiya, İsveç, Əfqanıstan, Avstraliya, Avstriya və Yunanıstanın hərəsindən 5 nəfər, İordaniya, Filippin, Türkiyə, Ukrayna, Şri-Lanka, Küveyt, Finlandiya və Niderlandın hərəsindən 4 nəfər, Qətər, Xorvatiya, Danimarka və Norveçin hərəsindən 3 nəfər, Nepal, Livan, Yəmən, Qırğızıstan, Kipr və Sloveniyanın hərəsindən 2 nəfər təxliyə edilib.
Bundan əlavə, Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Myanma, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, Beliz və Dominikan Respublikasının hərəsindən 1 nəfər də İrandan Azərbaycana təxliyə olunanlar arasındadır.
