Azərbaycan.media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Həmkarlar İttifaqına yeni sədr təyin olunub.
Uzun müddət bu vəzifəni icra edən tanınmış şair Firuzə Məmmədli ərizə ilə istefa verib. İclas zamanı onun yerinə tanınmış şair Faiq Balabəyli namizədliyi irəli sürülüb və səsvermə nəticəsində qəbul edilib.
