🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xırdalanın bəzi ərazilərində gecə saatlarında elektrik kəsiləcək

Azərbaycan.media xəbər verir ki, gecə saatlarında Xırdalan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Məlumat Azərişıq tərəfindən açıqlanıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə martın 19-da Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir-təftiş işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 00:30-dan 02:30-dək Zimistan Qurbanov, Səttar Bəhlulzadə, Vəli Axundov, Həsən Əliyev, Rövşən Əliyev, Əhməd Cavad, Nizami, Rəşid Behbudov küçələri və Heydər Əliyev prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Qeyd olunub ki, təmir-təftiş işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.