Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.
Daha sonra dövlət başçısı və birinci xanım kəndə köçmüş Bəybala Qasımovun evində olublar.
Ardınca İlham Əliyev və Mehriban Əliyeva Xanobaya qayıdan kənd sakinləri ilə görüşüblər.
Sonda dövlət başçısı Xanoba kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıb.
Oxundu: 19
