Azərbaycan.media xəbər verir ki, hazırda həbsdə olan sosial media fenomeni Simge Barankoğlunun rəqəmsal platformalardan əldə etdiyi aylıq gəlir diqqət çəkir.
Narkotik və fahişəliyə şərait yaratma ittihamları ilə həbs olunan Barankoğlunun rəqəmsal gəlirləri davam edir. Hazırda onun aylıq təxminən 1,3 milyon TL (təxminən 50 min manat) qazandığı bildirilir.
Ötən ay keçirilən əməliyyat zamanı saxlanılmasına baxmayaraq, Barankoğlunun abunəçi və izləyici sayı yalnız qismən azalıb və hələ də təxminən 40 min abunəçisi mövcuddur. Həbsdən əvvəl onun aylıq gəliri təxminən 5 milyon TL olub, lakin abunəçi sayının azalması ilə bu göstərici aşağı düşüb.
Məlumatda vurğulanır ki, İnstaqramın abunəlik sistemi kontent istehsalçılarına izləyicilər üçün xüsusi məzmun — hekayə, canlı yayım, paylaşım və Reels videoları — təqdim etməklə sabit aylıq gəlir əldə etməyə imkan yaradır.
