🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Korona” Mikrokredit Şirkəti Azərbaycanda Nümayəndəliyini Qeydiyyatdan Keçirdi

Azərbaycan.media xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Korona” Mikrokredit Şirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyini dövlət qeydiyyatına alıb.

“Vergilər” qəzetinə istinadən bildirilib ki, şirkətin qanuni təmsilçisi Cəfərov Emil Vaqif oğludur.

Qeyd olunur ki, “Korona” 2019-cu ildən Rusiyada fəaliyyət göstərən mikrokredit şirkətidir. İlkin mərhələdə Mərkəzi Asiya ölkələri vətəndaşlarına — Qırğızıstan, Özbəkistan və Tacikistan sakinlərinə — xidmət göstərən şirkət, sonradan fəaliyyət coğrafiyasını genişləndirərək Azərbaycan, Qazaxıstan, Gürcüstan, Ermənistan, Belarus və Moldova vətəndaşlarını da əhatə edib.