Azərbaycan.media xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası 18-30 mart tarixləri üçün geomaqnit hava proqnozunu açıqlayıb.
Kafedranın məlumatına görə, 21 mart tarixinədək geomaqnit sahə normal fon səviyyəsində olacaq. 21-22 və 25 mart tarixlərində isə G5 səviyyəsində, yəni zəif-kiçik geomaqnit dəyişikliklər gözlənilir.
Geomaqnit qasırğanın gücünü göstərən və 10 ballıq sistemlə hesablanan Kp əmsalı 21-22 və 25 mart üçün 5 olaraq proqnozlaşdırılıb. Martın digər günlərində Kp əmsalı 2-4 aralığında olacaq, yüksək coğrafi enliklərdə isə 19 martda 6-7 intervalı müşahidə olunacaq.
Məlumatda vurğulanıb ki, mart ayı ərzində güclü geomaqnit qasırğası gözlənilmir.
Oxundu: 19
