🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Türkiyənin Azərbaycandakı səfirliyi Çanaqqala şəhidlərini anıb

Azərbaycan.media xəbər verir ki, Çanaqqala zəfərinin 111-ci ildönümü və 18 Mart Çanaqqala şəhidlərini Anım Günü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyi anım mərasimi keçirib.

Tədbirdə səfirliyin əməkdaşları, Hərbi attaşelik və müşavirliklər, aidiyyəti qurumlar, QHT nümayəndələri və vətəndaşlar iştirak edərək Bakı Türk Şəhidliyini və Şəhidlər xiyabanını ziyarət ediblər.

Mərasim çərçivəsində səfir Birol Akgün abidələr önünə çələng qoyub, şəhid məzarlarını ziyarət edib, qərənfillər düzüb və Şəhidlik xatirə dəftərini imzalayıb.

Çıxışlarda vurğulanıb ki, Çanaqqala zəfəri tarixdə mühüm yer tutur və qəhrəmanların fədakarlığı heç zaman unudulmur. Tədbir iştirakçıları Mustafa Kamal Atatürk başda olmaqla bütün şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Bakı Türk Şəhidliyində Çanaqqala zəfərinin ildönümü qeyd edilib  - FOTO