Azərbaycan.media xəbər verir ki, Martın 19-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gündüz bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Gecə və səhər zəif duman müşahidə olunacaq, cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 10-15° isti təşkil edəcək. Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə və gündüz 75-85 % olacaq.
Azərbaycanın digər rayonlarında da hava əsasən yağmursuz keçəcək, gündüz bəzi yerlərdə az yağıntı ehtimalı var. Arabir duman müşahidə olunacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlıq ərazilərdə gecə 1-6° isti, gündüz 8-13° isti olacaq.
Oxundu: 18
