🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Hörmüz boğazının bloklanması ASCO-nun fəaliyyətinə təsir etməyib

Azərbaycan.media xəbər verir ki, Yaxın Şərqdə gərginliyin artması və İranın Hörmüz boğazını bloklaması fonunda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin fəaliyyəti təsirlənməyib.

ASCO-dan bildirilib ki, şirkətin Hörmüz boğazı ərazisində heç bir gəmisi olmadığı üçün yaranmış vəziyyət əməliyyatlarına təsir göstərməyib. “Bizim həmin ərazidə gəmimiz yoxdur”, – deyə şirkət nümayəndəsi vurğulayıb.

Hörmüz Boğazı Fars Körfəzi ilə Oman Körfəzi arasında strateji əhəmiyyətə malik dəniz marşrutudur və dünya neft və mayeləşdirilmiş təbii qaz tədarüklərinin əhəmiyyətli hissəsi buradan keçir.

2026-cı ilin fevral ayının sonundan etibarən Yaxın Şərqdə qarşıdurmanın gərginləşməsi və ABŞ-la İsrailin İrana hərbi zərbələri fonunda Tehran gəmilərin Hörmüz boğazından keçidini məhdudlaşdırmağa başlayıb. Bu isə boğaz üzərindən ticarət daşımalarının faktiki dayandırılmasına, gəmilər üçün sığorta tariflərinin artmasına və enerji daşıyıcılarının tədarükündə yaranan narahatlıqlar nəticəsində dünya bazarında neft və qaz qiymətlərinin yüksəlməsinə səbəb olub.