Azərbaycan.media xəbər verir ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) Başçısına yeni birinci müavin təyin edilib.
İcra başçısı Adil Vəliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Başçının birinci müavini vəzifəsinə Abbas Zeynalov təyin olunub.
Abbas Zeynalov bu təyinatadək icra hakimiyyətinin Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini, həmçinin Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri vəzifələrində çalışıb.
Xatırladaq ki, daha əvvəl Başçının birinci müavini vəzifəsini Elşən Həsənli tutub. O, ötən ilin noyabrında Prezident İlham Əliyevin sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Oxundu: 19
