Azərbaycan.media xəbər verir ki, Tacikistan Prezidenti Emoməli Rəhmonun göstərişi ilə Tacikistan tərəfindən İrana geniş həcmli humanitar yardım göndərilib.
Bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, göndərilən humanitar yardımın ümumi çəkisi 3 610 ton təşkil edir. Yardım yükünə 45 ton dərman preparatları, böyük həcmdə sanitar-gigiyenik vasitələr, uşaq geyimləri, müxtəlif qida məhsulları, məişət əşyaları, yataq dəstləri, çadırlar, tikinti materialları və digər zəruri ləvazimatlar daxildir.
Qeyd olunub ki, 110 iritonnajlı yük avtomobilindən ibarət konvoy martın 18-də Tacikistandan yola düşüb və yaxın günlərdə təyinat nöqtəsinə çatacağı gözlənilir.
Oxundu: 20
