Azərbaycan.media xəbər verir ki, 17 mart 2026-cı il tarixində Azərbaycan Respublikası vətəndaşı olan 23 nəfər “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş çərçivəsində Almaniya Federativ Respublikasından geri qəbul edilib.
Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, qurum tərəfindən fəaliyyəti əlaqələndirilən, aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan şəxslərin üzləşdikləri çətinliklərin aradan qaldırılması, onların cəmiyyətə səmərəli və dayanıqlı sosial-iqtisadi reinteqrasiyasının təmin olunması istiqamətində müvafiq tədbirlər həyata keçirir.
Qeyd olunub ki, əsas məqsəd geri qəbul edilən vətəndaşların sosial adaptasiyasını sürətləndirmək və onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir.
