🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Prezident İlham Əliyev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində dəyişiklik edib

Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edib və bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, nazirin müavinlərinin sayı 5-dən 6-ya çatdırılıb.

Müavinləri dövlət başçısı təyin edir və vəzifədən azad edir. Nazir müavinləri isə nazirin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bu vəzifələrə görə şəxsən məsuliyyət daşıyırlar.