Azərbaycan.media xəbər verir ki, Polşa münaqişəyə qoşun göndərməyəcək, çünki hadisələr birbaşa ölkənin təhlükəsizliyinə təsir etmir.
“Reuters” xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk açıqlayıb. O bildirib ki, ABŞ və digər müttəfiqlər Varşavanın qərarını başa düşürlər.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp həftəsonu müttəfiqlərinə müraciət edərək, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının üçüncü həftəsində strateji Hörmüz boğazının təhlükəsizliyinin qorunmasına kömək etmələrini xahiş etmişdi.
