Azərbaycan.media xəbər verir ki, Nazirlər Kabineti məişət tullantılarının idarə olunması qaydalarında dəyişiklik edib.
Qərar Baş nazir Əli Əsədov tərəfindən imzalanıb.
Dəyişikliklər şəhər və digər yaşayış məntəqələrinin sanitariya normalarına uyğun təmizlənməsi, məişət tullantılarının saxlanması, daşınması və zərərsizləşdirilməsi prosedurlarını əhatə edir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə tullantıların idarə olunmasının təkmilləşdirilməsi məqsədilə qaydalarda müvafiq yeniliklər edilib.
Yeni qaydalara əsasən, həmin ərazilərdə tullantıların idarə olunması prosesinə Prezidentin fərmanı ilə müəyyən edilən publik hüquqi şəxslər cəlb olunacaq və onların səlahiyyətləri genişləndiriləcək.
Oxundu: 21
