Azərbaycan.media xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum ilə görüş keçirib.
Nazirlər Kabinetinin məlumatına görə, görüş zamanı Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb, tədbir çərçivəsində COP və iqlim gündəliyinə həsr olunmuş panel müzakirələrinin təşkili təqdir edilib.
Tərəflər Azərbaycan ilə Türkiyə arasında ətraf mühitin mühafizəsi, tullantıların idarə olunması və iqlim dəyişiklikləri ilə mübarizə sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüşdə, həmçinin Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək On Üçüncü sessiyasının – WUF13-ün əhəmiyyəti qeyd olunub.
Oxundu: 22
