Azərbaycan.media xəbər verir ki, Azərbaycanda elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı, eləcə də satış məqsədilə saxlanılmasına görə cərimələr müəyyənləşdirilib.
Bu, İlham Əliyevin İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləməsi ilə mümkün olub.
Dəyişikliyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı, həmçinin satış məqsədilə saxlanılmasına görə inzibati xətanın obyekti olan mallar müsadirə ediləcək.
Bununla yanaşı:
-
fiziki şəxslər 350 manatdan 500 manatadək,
-
vəzifəli şəxslər 1650 manatdan 2200 manatadək,
-
hüquqi şəxslər isə 4000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcəklər.
Qanun 2026-cı il aprelin 1-dən qüvvəyə minəcək.
