Azərbaycan.media xəbər verir ki, Ağstafada yerləşən İsrafil ağanın evi bərpa olunacaq.
Bu məsələ “Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Bildirilib ki, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbərliyi və əməkdaşları Ağstafa Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə abidəyə yerində baxış keçiriblər. Abidənin bərpası üçün növbəti illərin dövlət əsaslı vəsait qoyuluşu (investisiya) hesabına həyata keçiriləcək layihələr siyahısına daxil edilməsi ilə bağlı aidiyyəti qurumlara təklif verilib.
Qeyd edək ki, Qazax mahalının məşhur ağalarından və xeyriyyəçilərindən biri olmuş İsrafil ağa Kərbalayevin evi Ağstafanın Qıraq Kəsəmən kəndində yerləşir. XIX əsrin sonlarında kəndin ən hündür hissəsində inşa olunan tikili kirəc və əhəng qarışığından istifadə edilərək tikilib.
Sovet hakimiyyəti qurulduqdan sonra isə bu binadan tibb məntəqəsi, kitabxana və klub kimi istifadə olunub.
