🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanın qadın 3×3 basketbol millisi Banqkokda qələbə qazandı

Azərbaycan.media xəbər verir ki, Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda növbəti oyununa çıxıb.

B qrupunda yer alan yığma ev sahibi komanda ilə qarşılaşıb və görüşü 21:8 hesablı qələbə ilə başa vurub. Qeyd edək ki, millimiz turnirin ilk oyununda Kanadaya 10:16 hesabı ilə uduzub.

Yığma qrupdakı son matçını martın 14-də İspaniyaya qarşı keçirəcək. Turnirin qalibi isə Olimpiya Təsnifat turnirinə lisenziya qazanacaq.