🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

BMT-nin Baş katibi İsrail və Hizbullahı atəşi dayandırmağa çağırıb

Azərbaycan.media xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş İsraili və radikal “Hizbullah” qruplaşmasını döyüş əməliyyatlarını dayandırmağa çağırıb.

 Quterreş bunu Beyruta səfərinin əvvəlində “Al Jazeera”yə açıqlamasında bəyan edib.

“Mənim ‘Hizbullah’a və İsrailə təkidli çağırışım budur – atəşi, müharibəni dayandırın və Livana müstəqil bir ölkə olmağa imkan verin”, – o deyib.

BMT Baş katibi həmçinin vurğulayıb ki, silahlanmış qeyri-dövlət qruplaşmalarının dövrü artıq geridə qalmalıdır: “Silahlı qruplaşmaların dövrü keçib. Güclü dövlətlərin zamanı gəlib”.