Azərbaycan.media xəbər verir ki, Gürcüstan hökuməti ATƏT-in “Moskva mexanizmi” çərçivəsində 2024-cü ilin yazından etibarən baş verən hadisələri əks etdirən hesabatla bağlı dərin narahatlığını ifadə edib.
Gürcüstanın ATƏT-də daimi nümayəndəsi Aleksandre Maysuradze sənədi qərəzli adlandırıb və hesabatda ciddi qeyri-dəqiqliklər, siyasi cəhətdən qərəzli nəticələrin yer aldığını qeyd edib. Onun sözlərinə görə, bu, sənədin etibarlılığı və obyektivliyini şübhə altına alır.
Maysuradze bildirib ki, hesabatda “Moskva mexanizmi”nin mandatını aşan tövsiyələr də yer alıb, o cümlədən digər beynəlxalq təşkilatlara və dövlətlərə Gürcüstan əleyhinə addımlar atmaq çağırışları.
“Gürcüstan hökuməti hesabatdakı nəticələri və tövsiyələri qəti şəkildə rədd edir və ATƏT-i, iştirakçı dövlətləri ölkəmizin hüquqi arqumentlərinə, nailiyyətlərinə və ətraflı izahatlarına diqqət yetirməyə çağırırıq,” – Maysuradze əlavə edib.
Qeyd edək ki, ATƏT-in 24 üzv ölkəsi Gürcüstanda “insan haqları ilə bağlı vəziyyətin pisləşməsi” ilə əlaqədar ekspert missiyasını 2026-cı ilin yanvarın 29-da yaradıb. Missiya iki həftə ərzində Gürcüstanda olub və hesabat səfərdən bir neçə gün sonra hazırlanıb.
