Azərbaycan.media xəbər verir ki, Sumqayıt şəhərinin Stansiya Sumqayıt Qaçqın şəhərciyi ərazisində yerləşən “Abşeron Modul” tipli mini QPS-də aparılacaq işlərlə əlaqədar qaz təchizatı müvəqqəti dayandırılacaq.
Məlumata görə, əhali və sənaye ölçü qovşaqlarının baypas xətləri üzərində qapayıcı vasitənin quraşdırılması məqsədilə 13 mart 2026-cı il tarixində saat 10:00-dan etibarən işlər yekunlaşanadək qaz verilişi dayandırılacaq.
Sumqayıt Regional Qaz İstismarı idarəsinin bildirdiyinə görə, qaz təchizatında yaranacaq fasilə nəticəsində həmin ərazidə təxminən 2000 istehlakçı müvəqqəti olaraq qazsız qalacaq.
