🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İran qonşu ölkələrə çağırış etdi: ABŞ-ın ərazilərdən istifadə etməsinə icazə verməyin

Azərbaycan.media xəbər verir ki, İran qonşu ölkələrdən ABŞ-ın onların ərazilərindən istifadə etməsinə imkan verməmələrini istəyib.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

Onun sözlərinə görə, İran rəhbərliyinə və yüksək rütbəli hərbi şəxslərə qarşı hücumlar ölkədə ciddi narahatlıq yaradıb.

“Onlar ali liderimizi, ən vacib komandirlərimizi öldürdülər. Bu qədər zəngin sivilizasiyaya və suveren dövlətə malik bir ölkənin bu dəhşətli təcavüzə qarşı laqeyd qalacağını gözləyirsiniz? Qonşularımızdan öz ərazilərindən ABŞ-ın sui-istifadə etməsinə icazə verməmələrini xahiş etdik”, – deyə Bəqai qeyd edib.

Sözçü əlavə edib ki, bu məsələdə Avropa ölkələrinin də üzərinə böyük məsuliyyət düşür.

“Onlar bu ədalətsizliyə qarşı çıxmaq üçün kifayət qədər cəsarətli olmalıdırlar. Əgər belə etsələr, biz onları vasitəçi rolunda görmək istərdik”, – deyə o vurğulayıb.