🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Təyyarədə qara corab niyə problem yarada bilər? – Stüardessadan xəbərdarlıq

Azərbaycan.media xəbər verir ki, təyyarə ilə səyahət zamanı turistlərin çoxu sadə görünən, lakin sonradan problemlərə səbəb ola biləcək bəzi məqamları nəzərə almır. Xüsusilə geyim seçimi bu baxımdan böyük əhəmiyyət daşıyır və hətta adi qara corablar belə müəyyən risk yarada bilər.

Xarici mediaya istinadən bildirilir ki, 25 illik təcrübəyə malik britaniyalı təyyarə bələdçisi Kris Meycor bu barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, xüsusilə gecə reysləri zamanı təyyarə salonunda işıq zəif olduqda sərnişinlər tez-tez ayaqqabılarını çıxararaq ayaqlarını keçidə doğru uzadırlar. Belə vəziyyətdə ekipaj üzvləri yuxuya getmiş sərnişinin ayaqlarını son ana qədər görməyə bilər.

Kris Meycor bildirib ki, bu hal ekipaj üzvünün ayağa ilişərək yıxılmasına, salonda qarışıqlığın yaranmasına, digər sərnişinlərin oyanmasına və hətta xəsarət alma riskinə səbəb ola bilər.

O izah edib ki, dar keçidlərdə ekipaj üzvləri tez hərəkət edir, bəzən isti içkilər daşıyır və tez-tez sərnişinlərin çantalarının, dirsəklərinin və yarıyuxulu insanların yanından keçməli olurlar. Bu zaman döşəmə səviyyəsində çətin görünən hər hansı əşya potensial qəza riskinə çevrilə bilər.