🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Paşinyan: Erməni Apostol Kilsəsinin bəzi nümayəndələrinin Qarabağla bağlı açıqlamaları müharibəyə çağırışdır

Azərbaycan.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin bəzi nümayəndələrinin Qarabağla bağlı səsləndirdiyi fikirləri sərt tənqid edib.

O, hökumətin brifinqində bildirib ki, bu cür açıqlamalar əslində müharibəyə çağırış kimi qiymətləndirilməlidir.

Baş nazirin sözlərinə görə, bütün ermənilərin katolikosu II Qaregin və bəzi digər ruhanilər müharibə tərəfdarlarının mövqeyini müdafiə edir.

“Bu, müharibəyə çağırış deməkdir, başqa heç nə. Bütün ermənilərin katolikosu II Qaregin və digər ruhanilər müharibə partiyasına rəhbərliyi öz üzərinə götürüblər. Bu baş verməməlidir. Bir ölkənin xarici siyasətinin altı versiyası necə ola bilər?”, – deyə Paşinyan qeyd edib.