Azərbaycan.media xəbər verir ki, Göygöl rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, hərəkətdə olan “Hyundai” markalı minik avtomobili yolu keçmək istəyən 1987-ci il təvəllüdlü N. Ələsgərovu vurub. Piyada dərhal xəstəxanaya yerləşdirilib və onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Oxundu: 28
