Azərbaycan.media xəbər verir ki, Ukrayna hərbçiləri və mütəxəssislərindən ibarət ilk qrup sabah Fars körfəzi ölkələrinə yola düşəcək.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib. Onun sözlərinə görə, ukraynalı hərbçilər Yaxın Şərqdə pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə sahəsində təlim keçmək və təcrübələrini bölüşmək məqsədilə regiona göndəriləcək.
Prezident bildirib ki, Ukrayna ordusu müharibə dövründə PUA-larla mübarizə sahəsində ciddi təcrübə qazanıb və bu biliklərin tərəfdaş ölkələrlə paylaşılması planlaşdırılır.
Oxundu: 33
