🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Lənkəranda avtomobil qəzası: sürücü ağır xəsarət aldı

Azərbaycan.media xəbər verir ki, Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Şıxakəran kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, Lənkəran rayonunun Siyavar kənd sakini, 1963-cü il təvəllüdlü Vaqif Mahmud oğlu Heydərov idarə etdiyi “VAZ-2104” markalı avtomobillə Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yaşayış evlərindən birinin hasarına və qaz borusuna çırpılıb.

Qəza nəticəsində V.Heydərov ağır bədən xəsarətləri alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılaraq hospitalizasiya olunub.

Hazırda onun vəziyyətinə uyğun olaraq müalicəsi müvafiq şöbədə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.