Azərbaycan.media xəbər verir ki, Bakıda iki nəfər dəm qazından zəhərlənərək ölüb.
Hadisə martın 6-da Qaradağ rayonunda qeydə alınıb. Məlumata görə, 1983-cü il təvəllüdlü Ruslan Məmmədov və oğlu, 2010-cu il təvəllüdlü Yusif Məmmədov yaşadıqları mənzildə dəm qazından zəhərlənərək həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.
