🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Azərbaycan.media xəbər verir ki, əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərinin qiyməti artıb.

Saytımızın birja məlumatlarına istinadən verdiyi məlumata görə, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 1,58% artaraq 5 158,7 ABŞ dollarına yüksəlib.

Bildirilib ki, COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti də artım göstərib. Belə ki, gümüşün qiyməti 2,59% yüksələrək 84,311 ABŞ dolları təşkil edib.