🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Biləsuvarın bir sıra küçələrində elektrik enerjisi müvəqqəti kəsiləcək

Azərbaycan.media xəbər verir ki, bu gün Biləsuvar rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

“Azərişıq” ASC-dən  verilən məlumata görə, Biləsuvar Elektrik Şəbəkəsinin ərazisində yerləşən 110/35/10 kV-luq “Biləsuvar” yarımstansiyasından çıxan 10 kV-luq 11 saylı hava xəttində təmir və ağac budanması işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:30-dək Biləsuvar şəhərinin Mirzə İbrahimov, Nizami, Mirzə Ələkbər Sabir, Tofiq İsmaylov və Səməd Vurğun küçələrində elektrik enerjisinin verilişində fasilə olacaq.

Bildirilib ki, təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərin elektrik təchizatı bərpa ediləcək və istehlakçılar daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaqlar.