🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ali məktəblərə qəbul üçün 133 mindən çox abituriyent qeydiyyatdan keçib

Azərbaycan.media xəbər verir ki, ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizələrin qəbulu başa çatıb.

Məlumata görə, fevralın 28-dən bu günədək ümumilikdə 133 388 abituriyent qeydiyyatdan keçib.

Həmin abituriyentlərdən 129 654 nəfər ali təhsil müəssisələrinə qəbul üçün ərizəsini təsdiq edib. Onlardan 120 670 nəfər Azərbaycan bölməsi, 12 718 nəfər isə rus bölməsi üzrə qeydiyyatdan keçib.

Bundan başqa, kolleclərə qəbul üçün 120 377 abituriyent ərizəsini təsdiq edib. Onların 110 362-si Azərbaycan bölməsi, 10 015-i isə rus bölməsi üzrədir.

Qeyd edək ki, bu il keçiriləcək bəzi imtahanların qrafiki barədə məlumat cədvəldə təqdim olunub.