Azərbaycan.media xəbər verir ki, “Promobot” adlı süni intellekt şirkəti üzünün istifadə olunmasına icazə verən şəxslərə 200 min dollar ödəməyi planlaşdırır.
Şirkətin məqsədi istehsal edəcəyi robotlarda real insan üzündən istifadə etməkdir. Bununla robotların simasının daha tanış və insanlara yaxın görünməsi hədəflənir.
Bildirilir ki, təklif ilk baxışda olduqca cəlbedici görünsə də, müəyyən mənfi tərəfləri də mövcuddur. Belə ki, razılıq verən şəxsin üz cizgiləri istehsal olunan bütün robotlarda istifadə edilə bilər və bu hüquq faktiki olaraq ömürlük şirkətə verilmiş olacaq. Bu isə şirkətin istənilən süni intellekt robotunda həmin simadan istifadə etməsinə imkan yaradır.
Qeyd edək ki, 200 min dollar hazırkı məzənnə ilə təxminən 340 min manat təşkil edir.
