Azərbaycan.media xəbər verir ki, dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.
Azərbaycan neftinin bir barelinin qiyməti 5,61 ABŞ dolları və ya 6,82 faiz artaraq 87,9 ABŞ dollarına çatıb.
Qeyd edək ki, “Azeri Light” markalı neftin əvvəlki qiyməti 82,29 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.
Oxundu: 28
