🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Həcc ziyarəti təxirə salınır? – QMİ-dən açıqlama

Azərbaycan.media xəbər verir ki, baş verən hadisələrə baxmayaraq Həcc ziyarətinin təxirə salınması gözlənilmir.

Bu barədə  Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, Həcc ziyarətinin tarixi sabit olur və dəyişmir. Onun sözlərinə görə, hazırda gündəmdə müharibə ilə bağlı hər hansı məsələ yoxdur və proses normal şəkildə davam edir.

“Baş verən hadisələr Həcc ziyarətinə qeydiyyat prosesinə də təsir etməyib. Ziyarətdən imtina edənlər qeydə alınmayıb, əksinə hər gün müraciət edənlər olur”, – deyə Vüsal Cahangiri qeyd edib.

QMİ rəsmisi əlavə edib ki, artıq ayrılmış kvotanın 85 faizdən çoxu tamamlanıb. Onun sözlərinə görə, ilk uçuş 17 may tarixində həyata keçiriləcək və ilk zəvvar qrupu 180 nəfərdən ibarət olacaq.

Qeyd edək ki, 2026-cı il Həcc mövsümü üçün bir nəfərlik ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.

Həcc ziyarətinə getmək istəyənlərdən aşağıdakı sənədlər tələb olunur:

  • Ümumvətəndaş pasportu (ən azı 1 il müddəti olmalıdır);

  • Şəxsiyyət vəsiqəsinin surəti;

  • 5×5 sm ölçüdə ağ fonda çəkilmiş 2 ədəd rəngli fotoşəkil (qadınlar tünd hicabda);

  • Sağlamlıq haqqında arayış.