Azərbaycan.media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Salyan şəhəri, Ə.Quliyev küçəsində yerləşən obyektdə və vətəndaşa məxsus “Şevrolet Kobalt” markalı minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, minik avtomobili idarəetməni itirərək yol kənarında yerləşən, ümumi sahəsi 60 kvadratmetr olan fəaliyyət göstərməyən obyektə çırpılıb və nəticədə yanğın baş verib.
Yanğın yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində avtomobilin salonu və mühərrik hissəsi, həmçinin obyektin dam örtüyü 10 kvadratmetr sahədə yanıb. Avtomobilin və obyektin qalan hissəsi isə yanğından mühafizə olunub.
