🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycandan Ermənistana Növbəti 4 500 Ton Dizel Yanacağı Göndərilir

Azərbaycan.media xəbər verir ki, Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü çərçivəsində növbəti 4 500 ton dizel yanacağı bu gün Güzdək stansiyasından Ermənistana göndəriləcək.

Dizel yanacağı dəmir yolu vasitəsilə daşınacaq.

Qeyd olunur ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanıb.