🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanda Təxminən 900 Kənd Hələ də Qazlaşdırılmayıb

Azərbaycan.media xəbər verir ki, Azərbaycanda hələ də ölkə üzrə təxminən 900 kənd qazlaşdırılmayıb.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat verib. Qurum bildirib ki, qazlaşdırma prosesi mərhələli şəkildə aparılır və bəzi kəndlərin son mərhələyə saxlanmasının səbəbi iqtisadi baxımdan səmərəsizlik, çətin relyefinfrastruktur problemləri ilə bağlıdır.

Bildirilib ki, qazlaşdırma planları hər il “Azəriqaz”ın maliyyə imkanlarına uyğun hazırlanır və müvafiq proqramlara daxil edilir. Ölkə üzrə bütün kəndlərin qazlaşdırılması nəzərdə tutulsa da, tam yekunlaşdırma tarixi müəyyən edilməyib.

Qazlaşdırılmamış kəndlərin ardıcıllığı həm çətin relyef, həm də bəzi kəndlərdə sakin sayının azlığı nəzərə alınaraq müəyyən edilir.

Qeyd olunur ki, Qazax, Kürdəmir, Hacıqabul, Füzuli, Biləsuvar, Beyləqan, Balakən, Ağstafa, Ağdam, Abşeron, Yevlax və Şirvan rayonları artıq tam qazlaşdırılıb. Qalan 900 kənd isə ölkənin digər rayonlarında yerləşir və qaz təchizatı mərhələli şəkildə davam etdirilir.