Azərbaycan.media xəbər verir ki, bu ilin yanvar ayında Azərbaycana 7 min 579 ton qarğıdalı idxal edilib.
Dövlət Gömrük Komitəsi-nin açıqladığı məlumatlara görə, idxal olunan qarğıdalının ümumi dəyəri 1 milyon 411 min ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə qarğıdalı idxalı həcm baxımından 12 min 589 ton (62,4 %), dəyər baxımından isə 2 milyon 801 min ABŞ dolları (66,5 %) azalıb.
Hesabat dövründə qarğıdalı idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 faizini təşkil edib.
Qeyd edək ki, ötən ay Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb ki, bu da illik müqayisədə 30,5 faiz azdır.
Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 26,4 faiz, idxal isə 36,5 faiz azalıb.
Nəticədə ölkənin xarici ticarətində 934 milyon ABŞ dolları məbləğində müsbət saldo formalaşıb ki, bu da illik müqayisədə 5,3 faiz azalma deməkdir.
