🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Gəncə Psixo-Nevroloji Dispanseri Psixiatriya Xəstəxanasına birləşdirilib

Azərbaycan.media xəbər verir ki, səhiyyə naziri Teymur Musayev tərəfindən imzalanan müvafiq əmrə əsasən Gəncə şəhər Psixo-Nevroloji Dispanseri Gəncə şəhər Psixiatriya Xəstəxanasının tabeliyinə verilib.
Məlumata görə, bundan sonra dispanser şöbə kimi fəaliyyət göstərəcək. İşçilərin bir hissəsi artıq xəstəxanaya yerləşdirilib.
Qeyd edilib ki, sözügedən tibb müəssisəsinə yaxın günlərdə yeni baş həkim də təyin olunub.