🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Lavrov və Fidan Antalya Forumunda Yaxın Şərqi müzakirə edib

Azərbaycan.media xəbər verir ki, Sergey Lavrov və Hakan Fidan Antalya Diplomatiya Forumu çərçivəsində görüş keçiriblər.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı beynəlxalq və regional gündəliyin əsas məsələləri, o cümlədən Yaxın Şərq və Fars körfəzindəki vəziyyət ətraflı müzakirə olunub.
Nazirlər Rusiya və Türkiyənin mövcud böhranların həlli üçün daha effektiv yanaşmalar hazırlamaq məqsədilə konstruktiv əməkdaşlığı gücləndirmək niyyətində olduqlarını vurğulayıblar. Eyni zamanda, tərəflər ikitərəfli siyasi dialoq, ticarət-iqtisadi əlaqələr və enerji sahəsində əməkdaşlığın əsas istiqamətlərini nəzərdən keçiriblər.
Görüşdə gələcək təmasların qrafiki də razılaşdırılıb.