🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Elza Seyidcahanın məhkəmə işi: qərar verildi, tərəf apellyasiyaya gedir

Azərbaycan.media xəbər verir ki, Əməkdar artist Elza Seyidcahan ilə müğənni Roza Zərgərli arasında keçirilən məhkəmə prosesi yekunlaşıb.
Müğənninin sözlərinə görə, iclas ötən gün baş tutub və qərar onun xeyrinə olsa da, nəticədən tam razı qalmayıb.
İfaçının vəkili Elşən Behbudov bildirib ki, qərardan Apellyasiya Məhkəməsinə şikayət veriləcək. Onun sözlərinə əsasən, Yasamal Rayon Məhkəməsində hakim Ayşən Sultanovanın sədrliyi ilə keçirilən prosesdə qərara alınıb ki, Roza Zərgərli Elza Seyidcahana 1000 manat məbləğində təzminat ödəməlidir. Eyni zamanda, məhkəmə qarşı tərəfin səsləndirdiyi fikirləri yalan hesab edib və üzr istəməsini tələb edib.
Lakin qeyd olunub ki, təzminat ödənişi qərara alınsa da, üzr tələbi icra edilməyib. Bu səbəbdən tərəf Apellyasiya Məhkəməsinə müraciət edəcək.
Xatırladaq ki, mübahisəyə səbəb Roza Zərgərlinin “Baylarsoylar” layihəsində səsləndirdiyi təhqiramiz ifadələr olub. Bundan sonra Elza Seyidcahan şərəf və ləyaqətinin, eləcə də işgüzar nüfuzunun zədələndiyini əsas gətirərək məhkəməyə müraciət edib.