🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ceyhun Bayramov Antalyada Yəmən rəsmisi ilə görüşüb

Azərbaycan.media xəbər verir ki, Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Yəmən Respublikasının Baş naziri, Xarici İşlər və Xaricdə Yaşayan Vətəndaşlar naziri Şaya Mohsin Zindani ilə görüş keçirib.
Məlumata görə, tərəflər görüş zamanı siyasi dialoqun inkişafı və ikitərəfli münasibətlərin daha da gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Bununla yanaşı, çoxtərəfli əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb.