🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sabah Bakıda 24 dərəcə isti gözlənilir

Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.
Bildirilib ki, mülayim cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-13, gündüz isə 19-24 dərəcə isti olacaq. Atmosfer təzyiqinin 755 mm civə sütunundan 751 mm civə sütununa enəcəyi, nisbi rütubətin isə 60-70 faiz təşkil edəcəyi gözlənilir.
Regionlarda isə əsasən dağlıq və dağətəyi ərazilərdə hava şəraitinin arabir yağıntılı olacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə sulu qar müşahidə oluna biləcəyi qeyd edilib.
Havanın temperaturu rayonlarda gecə 8-11, gündüz 20-25 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 2-7, gündüz 13-18 dərəcə isti olacaq.