🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İlin ilk Günəş tutulması baş verir

Azərbaycan.media xəbər verir ki, ilin ilk Günəş tutulması baş verir və hadisə saat 18:27-də başa çatacaq. Bu barədə məlumatı Şamaxı Astrofizika Rəsədxanası saytımıza açıqlayıb.

Bildirilib ki, Günəş tutulmasının maksimum fazası saat 16:12-yə təsadüf edəcək. Bu təbiət hadisəsi əsasən Antarktida üzərindən müşahidə olunur.

Tutulmanın növü müşahidəçinin yerləşdiyi mövqedən asılı olduğuna görə Argentina, Madaqaskar, Cənubi Afrika Respublikası, Tanzaniya, Zimbabve, Namibiya, Seyşel adaları, Mozambik, Çili, Botsvana, Malavi, Zambiya, Cənubi Corciya və Cənubi Sendviç adaları, Mavriki, Reyunion, Lesoto və digər ölkələrdə də görünür.

Qeyd edək ki, Günəş tutulması zamanı Ay Günəşlə Yer arasına keçərək Günəş şüalarının Yerə çatmasının qarşısını qismən və ya tamamilə alır. Nəticədə Yer səthinin müəyyən hissələrində Ayın kölgəsi yaranır və tutulma müşahidə edilir. Günəş tutulması yalnız yeni Ay fazasında baş verir.