Azərbaycan.media xəbər verir ki, “Vaşington Post” qəzetinin məlumatına görə, Pentaqon rəhbəri Pit Heqset ABŞ Prezidenti Donald Trampa İrandakı döyüşlərdə Amerika qüvvələrinin üstünlüyü barədə yanlış informasiya verib.
Ağ Evin adı açıqlanmayan rəsmisi jurnalistlərə bildirib ki, Heqset prezidentə yalan danışır və nəticədə Tramp səhv məlumat yayıb. Nəşr amerikalı pilotların xilasetmə əməliyyatını misal gətirir; əməliyyat Heqsetin iddialarına baxmayaraq, Tehranın ABŞ hərbi personalını hədələməyə qadir olduğunu göstərir.
Məqalədə həmçinin Heqsetin İran səmasına tam nəzarət əldə edilməsi ilə bağlı son həftələrdə təqdim etdiyi statistikanın da şübhə altında olduğu vurğulanıb. Qəzet yazır ki, Heqset həftələrdir İranın hava hücumundan müdafiə sistemlərinin olmadığını və ABŞ-ın hava hücumlarına qarşı müdafiəsiz olduğunu iddia edirdi, lakin Tramp bazar ertəsi Ağ Evdə keçirdiyi mətbuat konfransında daşına bilən raketin F-15 təyyarəsini vurduğunu etiraf edib.
